Pirelli son iki yarış üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün 18 Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə Braziliya və Əbu Dabidə baş tutacaq son yarışlar üçün də təkər seçimi elan etməklə, mövsümə yekun vurulub.

F-1.az bildirir ki, Barselonada kəskin tənqid olunan Hard təkərlər heç bir yarışa gətirilməyəcək. Biz İnterlaqosdakı yarışda ənənəvi orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri görəcəyik. Əbu Dabidə isə sürücülər ən yumşaq üç tərkibdən sifariş edə biləcəklər.

Braziliya Qran Prisi üçün Medium və Soft, Əbu Dabi Qran Prisi üçün isə Soft və SuperSoft tərkibləri məcburi elan ediliblər. Qeyd edək ki, məcburi elan edilən tərkiblərdən ən azı bir dəst sifariş olunmalı, yarışın gedişində isə hər hansı birindən mütləq istifadə olunmalıdır.

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Britaniya Qran Prisi SuperSoft Soft Medium
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi UltraSoft SuperSoft Soft
İtaliya Qran Prisi SuperSoft Soft Medium
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
Malayziya Qran Prisi SuperSoft Soft Medium
Yaponiya Qran Prisi SuperSoft Soft Medium
ABŞ Qran Prisi UltraSoft SuperSoft Soft
Meksika Qran Prisi UltraSoft SuperSoft Soft
Braziliya Qran Prisi SuperSoft Soft Medium
Əbu Dabi Qran Prisi UltraSoft SuperSoft Soft
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*