Pirelli Sinqapur Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün ilk 11 Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə Sinqapurda baş tutacaq yarış üçün təkər seçimi elan edilib. Belçika və İtaliya üçün gətiriləcək tərkiblər daha sonra açıqlanacaq.

F-1.az xəbər verir ki, təkər təchizatçısı Marina Beydə keçiriləcək yarışa keçənilki kimi ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirəcək. Builki tərkiblər keçənilkindən daha sərtdir və komandaların Soft tərkiblərdən istifadə edəcəyi çox da gözlənilmir.

Soft və SuperSoft tərkibləri məcburi elan olunub.

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Britaniya Qran Prisi SuperSoft Soft Medium
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi
İtaliya Qran Prisi
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*