Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Sinqapur Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar şəhər trasına ən yumşaq iki tərkiblə (UltraSoft və HyperSoft) birlikdə Soft tərkibini gətirəcəklər. Bu dəfə SuperSoft tərkibi buraxılıb və bu üçlük mövsümdə ilk dəfə istifadə olunacaq.
Bu dəfə tərkib seçimi müxtəlifliyi ilə göz oxşayır. Xüsusən də liderlərin fərqli yanaşması diqqəti cəlb edir – Mercedes üstünlüyü daha bərk Soft-a verib, Ferrari isə ənənəyə sadiq olaraq daha çox HyperSoft tərkibi sifariş edib.
Maraqlıdır ki, Mercedes sürücüləri həftəsonuna cəmi 6 dəst HyperSoft təkərləri alacaqlar – peletonda ən az sayda! Bu dəstlər sıralanma turuna belə çatmaya bilər – əgər nəzərə alsaq ki, komanda ilk sessiyada bir, sonrakı iki sessiyada isə iki dəstdən istifadə edəcək, onda 3 sərbəst yürüşə yalnız bir dəst qalır. Komanda bu məsələyə xüsusi diqqət etməlidir…
Sinqapur Qran Prisi üçün təkər seçimi
Sürücü | Komanda | Soft | UltraSoft | HyperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 3 | 4 | 6 |
Valtteri Bottas | Mercedes AMG | 3 | 4 | 6 |
Sebastyen Fettel | Ferrari | 1 | 3 | 9 |
Kimi Rəykkönen | Ferrari | 1 | 3 | 9 |
Daniel Rikkardo | Red Bull | 3 | 3 | 7 |
Maks Ferstappen | Red Bull | 3 | 3 | 7 |
Serxio Peres | Racing Point | 2 | 2 | 9 |
Esteban Okon | Racing Point | 2 | 2 | 9 |
Ləns Stroll | Williams | 2 | 4 | 7 |
Sergey Sirotkin | Williams | 1 | 5 | 7 |
Karlos Sayns | Renault | 3 | 2 | 8 |
Niko Hülkenberq | Renault | 3 | 2 | 8 |
Pyer Qasli | Toro Rosso | 1 | 4 | 8 |
Brendon Hartli | Toro Rosso | 1 | 4 | 8 |
Roman Qrojan | Haas | 2 | 2 | 9 |
Kevin Maqnussen | Haas | 1 | 3 | 9 |
Fernando Alonso | McLaren | 3 | 2 | 8 |
Stoffel Vandorn | McLaren | 3 | 2 | 8 |
Markus Eriksson | Sauber | 2 | 3 | 8 |
Şarl Lekler | Sauber | 3 | 2 | 8 |