Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Sinqapur Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, gələn həftəsonu baş tutacaq yarışa Pirelli yumşaq üçlüyünü – Soft və SuperSoft və UltraSoft tərkiblərini gətirəcək. Komandalar mövsümdə artıq 4-cü dəfə bu üçlükdən istifadə edəcəklər.
Sürücülər UltraSoft təkərlərə üstünlük veriblər. Son yarışlarda olduğu kimi, yenə də həm Mercedes AMG, həm də Ferrari pilotları bir-birilərindən fərqli təkər seçimi ediblər…
Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
Lyuis Həmilton | Mercedes AMG | 3 | 3 | 7 |
Niko Rosberq | Mercedes AMG | 4 | 2 | 7 |
Sebastyan Fettel | Ferrari | 2 | 2 | 9 |
Kimi Rəykkönen | Ferrari | 1 | 3 | 9 |
Valtteri Bottas | Williams | 2 | 3 | 8 |
Felipe Massa | Williams | 1 | 4 | 8 |
Daniel Rikkardo | Red Bull | 2 | 4 | 7 |
Maks Ferstappen | Red Bull | 2 | 4 | 7 |
Niko Hülkenberq | Force İndia | 4 | 3 | 6 |
Serxio Peres | Force İndia | 4 | 3 | 6 |
Kevin Maqnussen | Renault | 1 | 5 | 7 |
Colion Palmer | Renault | 1 | 5 | 7 |
Daniil Kvyat | Toro Rosso | 1 | 4 | 8 |
Karlos Sayns | Toro Rosso | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 2 | 3 | 8 |
Censon Batton | McLaren | 2 | 3 | 8 |
Markus Eriksson | Sauber | 1 | 3 | 9 |
Felipe Nasr | Sauber | 1 | 4 | 8 |
Paskal Verlyayn | Manor | 3 | 4 | 6 |
Esteban Okon | Manor | 3 | 4 | 6 |
Roman Qrojan | Haas | 2 | 2 | 9 |
Esteban Qutyerres | Haas | 1 | 3 | 9 |