F-1.az xatırladır ki, builki reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur. Ona görə də Belçika və İtaliya yarışları üçün təkər tərkibləri elan olunmamış, mövsümün ilk səfər yarışına təkər seçimi bəyan olunub.
Sentyabrın ortalarında şəhər trasında baş tutacaq yarış üçün Pirelli gözlənildiyi kimi ən yumşaq üçlüyünü seçib – Soft, SuperSoft və UltraSoft. Bazar günü yarışın gedişində sarı (Soft) və qırmızı (SuperSoft) tərkiblərinin hər hansından bir dəst mütləq istifadə olunmalıdır.
Mərhələ / Tərkiblər | UltraSoft | SuperSoft | Soft | Medium | Hard |
Markalanma rəngi | Bənövşəyi | Qırmızı | Sarı | Ağ | Narıncı |
Avstraliya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Bəhreyn Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Çin Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Rusiya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
İspaniya Qran Prisi | Soft | Medium | Hard | ||
Monako Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Kanada Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Avropa Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Avstriya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Böyük Britaniya Qran Prisi | Soft | Medium | Hard | ||
Macarıstan Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Almaniya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Belçika Qran Prisi | hələ elan olunmayıb | ||||
İtaliya Qran Prisi | hələ elan olunmayıb | ||||
Sinqapur Qran Prisi | UltraSoft | SuperSoft | Soft |