Pirelli Silverstounda təkərlərin partlaması səbəbini açıqlayıb

Pirelli şirkətinin mətbuat xidməti Silverstoun uik-endi zamanı bəzi maşınlarda sol arxa təkərlərin partlamasını izah edən mətbuat relizi yayıb. Qran Prinin […]

Pirelli şirkətinin mətbuat xidməti Silverstoun uik-endi zamanı bəzi maşınlarda sol arxa təkərlərin partlamasını izah edən mətbuat relizi yayıb. Qran Prinin gedişində dağılmış təkərləri diqqətlə təftiş edən şirkət rəsmiləri bildiriblər ki, problemlər aşağıdakı faktorlarla əlaqədardırlar:

1. Təkərlər partlayan dörd maşında arxa təkərlər güzgülü taxılıb, yəni sol təkər sağ tərəfə, sağ təkər isə sol tərəfə taxılıb. Bu il istifadə olunan təkərlər qeyri-simmetrik (asimmetrik) struktura malikdirlər və bu cür yerdəyişməyə nəzərdə tutulmayıblar. Təkərlərin içəri yan tərəfi xarici yan tərəf üçün nəzərdə tutulan yüklənməyə tab gətirə bilmirlər. Beləliklə, təkərlərin yerdəyişməsi onların işinə təsir göstərir. Hər şeydən əvvəl təkərlərin xarici yan tərəfləri döngələrdəki yüksək yüklənməyə və porebriklərə hücuma tab gətirmək üçün hesablanıb.

2. Bu maşınların arxa təkərlərində təzyiq aşağı olub, yəni Pirelli-nin təklif elədiyi kəmiyyətdən az olub. Təkərlər kifayət qədər dolmadıqda, onlar daha ağır şəraitdə işləyirlər.

3. Təkərlərin üfüqi və şaquli kənarlaşma bucaqları maksimum həddə olub.

4. Silverstounun sürətli döngələrində qurulmuş yeni porebriklər çox iti olublar, xüsusən də, təkərlərin çox partladığı 4-cü döngədə – bu hissədə maşının sol arxa təkəri porebrikə dirənir.

Silverstouna qədər komandaların qarşılaşdığı yeganə problem təkərlərin qatının açılması idi, bunun səbəbi bizə bəlli idi. Biz problemin ən sadə yolunu tapdıq və Kanadaya yeni təkərlər gətirdik, bu təkərlər məhz Silverstounda debüt etməli idilər. Qatların açılmaması problemi bizim laboratoriyalarda həll olundu – xüsusi yapışqanın dəyişdirilməsi rezin qatının təkər karkasına daha yaxşı yapışmasını təmin etdi. Beləliklə, təkərlərin qatının açılması ilə Britaniyada baş verənlər arasında heç bir əlaqə yoxdur.

Bu təhlil əsasında nəticə çıxararaq aşağıdakıları bir daha qeyd edirik:

1. Təkərlərin səhv taxılması – bu addımın təhlükə dərəcəsi heç kim tərəfindən qiymətləndirilməyib, Pirelli də bunu bilməyərək, bu addıma qadağa qoymayıb.

2. Təkərlərdə aşağı təzyiq və kənarlaşma bucaqlarının son həddi – bu faktorlar Pirelli-nin nəzarətində deyil, amma müəyyən şəraitdə çox təhlükəli olurlar. Ona görə də Pirelli FİA-dan xahiş edib ki, gələcəkdə bu parametrlər də diqqətə alınsınlar. Bundan başqa, Pirelli xahiş edib ki, bu parametrlər xüsusi nümayəndə tərəfindən yoxlanılsın.

3. Pirelli qeyd etmək istəyir ki, 2013-cü ilin təkərləri sürücünün təhlükəsizliyini azaltmır, sadəcə onlardan düzgün və FİA-nın standartlarına uyğun istifadə etmək lazımdır.

Məntiqi nəticə belədir ki, yüksək sürət üçün nəzərdə tutulmuş 2103-cü il təkərlərinin istifadəsi zamanı çox vacibdir ki, məhz Pirelli-nin özü təkərlərin işini sazlasın və onlara nəzarət etsin. Təkərlərin optimal işləməsi üçün komandalardan real zaman rejimində zəruri məlumatlar alınmalıdır – xüsusən də təkərlərdə olan təzyiq və təkərlərin kənarlaşma bucaqları barədə. Biz FİA, FOM, komandalar və sürücülərə aşağıdakıları təklif edirik:

1. Almaniya Qran Prisində yenilənmiş və Kanadada yoxlanmış təkərlərdən istifadə etmək.

2. Macarıstan Qran Prisindən başlayaraq, təkərlərin yeni versiyası tətbiq olunacaq – yeni təkərlər simmetrik olacaqlar.

Macarıstanda debüt edəcək təkərlər ümumən 2013-cü ilin təkərlərinin xarakteristikasını əks etdirəcəklər, yəni təkərlərin strukturu dəyişməyəcək. FİA-dan alınmış icazəyə əsasən bu təkərlər Silverstounda gənc sürücülərin testlərində yoxlanacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*