Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Rusiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, keçən il Soçidə sürücülər Soft və SuperSoft tərkiblərindən istifadə etmişdilər, bu il istehsalçı Medium-u da əlavə gətirəcək. Medium və Soft yarış üçün məcburi elan olunsa da, komandaların seçimindən də görünür ki, Medium aktiv istifadə olunmayacaq.
Güclü komandaların hamısı fərqli seçim ediblər, ən çox SuperSoft dəstini isə Red Bull və Haas sürücüləri sifariş ediblər.
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
L.Həmilton | Mercedes AMG | 1 | 4 | 8 |
N.Rosberq | Mercedes AMG | 1 | 4 | 8 |
S.Fettel | Ferrari | 1 | 6 | 6 |
K.Rəykkönen | Ferrari | 1 | 6 | 6 |
V.Bottas | Williams | 1 | 3 | 9 |
F.Massa | Williams | 1 | 3 | 9 |
D.Rikkardo | Red Bull | 1 | 2 | 10 |
D.Kvyat | Red Bull | 1 | 2 | 10 |
K.Maqnussen | Renault | 1 | 5 | 7 |
C.Palmer | Renault | 1 | 5 | 7 |
N.Hülkenberq | Force İndia | 1 | 4 | 8 |
S.Peres | Force İndia | 1 | 4 | 8 |
M.Ferstappen | Toro Rosso | 1 | 4 | 8 |
K.Sayns | Toro Rosso | 1 | 4 | 8 |
F.Alonso | McLaren | 1 | 5 | 7 |
C.Batton | McLaren | 1 | 5 | 7 |
M.Eriksson | Sauber | 1 | 5 | 7 |
F.Nasr | Sauber | 1 | 5 | 7 |
P.Verlyayn | Manor | 2 | 5 | 6 |
R.Haryanto | Manor | 2 | 5 | 6 |
R.Qrojan | Haas | 1 | 2 | 10 |
E.Qutyerres | Haas | 1 | 2 | 10 |