F-1.az xatırladır ki, Pirelli yağış təkərlərini test etmək üçün Ferrari ilə müqavilə imzalamışdı. Amma Fyoranodakı testlərin ilk günündə Fettel bolidin idarəetməsini itirərək, baryerlərə çırpılmışdı. Buna görə də Pirelli-nin yağış testləri yarımçıq qalmışdı.
Yeni qayda dəyişikliklərindən sonra sürücülərin döngələrdə 40 km/saat sürətlənməsi gözlənilir və sürücülər buna görə çox həyəcanlıdırlar.
Pol Hembri qəza ilə bağlı bu açıqlamaları verib: “Sebastyan trasa çıxan gün havanın temperaturu çox aşağı idi. Qəzanın səbəbi budur. Havanın temperaturu sadəcə 4 dərəcə idi. Belə soyuq havalarda təkərləri işlətmək asan olmur. Buna görə də asfaltla ilişmə azaldı və Sebastyan qəza etdi”.