Pirelli qarşıdakı 4 yarış üçün seçimini edib

Pirelli şirkəti qarşıdakı dörd Qran Pridə – İspaniyada, Monakoda, Kanadada və Avstriyada istifadə olunacaq təkər tərkiblərini açıqlayıb. Keçən illə müqayisədə […]

Pirelli şirkəti qarşıdakı dörd Qran Pridə – İspaniyada, Monakoda, Kanadada və Avstriyada istifadə olunacaq təkər tərkiblərini açıqlayıb. Keçən illə müqayisədə şirkətin seçimində dəyişiklik olmayıb.

İspaniyaya təkər istehsalçısı ən bərk təkər cütlüyünü – Hard və Medium tərkiblərini gətirəcək, çünki Barselonada temperaturun yüksək dərəcələrində təkərlərə düşən yüklənmə də yüksək olur.

F-1.az xəbər verir ki, Monakoda, Kanadada və Avstriyada isə komandalar ən yumşaq təkər cütlüyünü – Soft və SuperSoft tərkiblərini alacaqlar. Monako trası təqvimin ən yavaş trasıdır, asfalt örütüyü isə ən hamardır – bu trasda mexaniki ilişmə ən güclü olmalıdır, ona görə də yümşaq tərkiblərin istifadəsi optimal variantdır.

Kanadada da təkərlərin asfaltla ilişməsi vacibdir, hərçənd, yarış daha soyuq şəraitdə baş tutur. Monrealda maşınların döngədən sonra sürətlənməsi və əylənmədə stabilliyi böyük əhəmiyyət kəsb edir – bu xüsusiyyətləri isə yumşaq tərkiblər təmin etməlidirlər.

Avstriyada bir neçə iti döngə var, bu döngələrdə orta sürət olduqca aşağıdır. Havanın gəzlənilməzliyini də nəzərə alsaq, məhz Soft və SuperSoft tərkibləri bu trasa tam uyğun gəlirlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*