Əfsanəvi Spa və Monzaya italyanlar orta üçlüyü – C2 (Hard), C3 (Medium) və C4 (Soft) tərkiblərini gətirəcəklər. Zandfort üçün isə təkər ustaları ən bərk üçlüyü – C1 (Hard), C2 (Medium) və C3 (Soft) tərkiblərini tədarük ediblər.
Xatırladaq ki, hər bir sürücüyə həftəsonu üçün 2 dəst Hard, 3 dəst Medium və 8 dəst Soft tərkiblər verilir. Bir dəst Soft mütləq sıralanma turunun son sessiyasına saxlanılmalı və sessiyadan sonra Pirelli-yə qaytarılmalıdır. Hard və Medium-un hər birindən bir dəst yarışa saxlanılmalı və onlardan birindən mütləq yarışın gedişində istifadə olunmalıdır…