F-1.az xəbər verir ki, Monreal və Şpilberqdə keçiriləcək mərhələlərdə komandalar mövsümdə üç ən yumşaq tərkiblərdən – C3, C4 və C5-dən istifadə edəcəklər. Təkər istehsalçıları keçən il də bu traslara eyni variantları gətirmişdilər.
Silverstounda komandalar yeni dizaynda C1, C2 və C3 tərkiblərini alacaqlar, bu tərkibləri komandalar keçən həftə cümə günü Barselonadakı məşqlərdə sınaqdan keçirmişdilər. Geniş test proqramından sonra artıq təsdiq edilmiş bəzi yeni materiallar istisna olmaqla, yeni təkər tərkibi təxminən əvvəlki ilə eynidir.
Əvvəlcə Pirelli bu təkərləri 2024-cü ildən istifadə etməyi planlaşdırırdı, lakin təkər konstruksiyasının dayanıqlığını artırmaq qərarını dəyişib, çünki hazırkı maşınların yaratdığı yüklənmələr artıq indidən yalnız mövsümün sonunda gözlənilən səviyyəyə çatıb. Yeni dizayn təkərlərin texniki parametrlərinə və ya xüsusiyyətlərinə təsir göstərmir.
2023-cü il mövsümündə təkər tərkibləri
Qran Pri / Tərkiblər | С0 | С1 | С2 | С3 | С4 | C5 |
Bəhreyn | Hard | Medium | Soft | |||
Səudiyyə Ərəbistan | Hard | Medium | Soft | |||
Avstraliya | Hard | Medium | Soft | |||
Azərbaycan | Hard | Medium | Soft | |||
Mayami | Hard | Medium | Soft | |||
Emiliya Romanya | Hard | Medium | Soft | |||
Monako | Hard | Medium | Soft | |||
İspaniya | Hard | Medium | Soft | |||
Kanada | Hard | Medium | Soft | |||
Avstriya | Hard | Medium | Soft | |||
Böyük Britaniya | Hard | Medium | Soft |