Pirelli-nin yağış təkərlərinin testi başa çatıb

2019-cu ilin təkərlərinin sınaqdan keçirilməsində Mercedes komandası Valtteri Bottas və ehtiyat sürücü Corc Rassellə iştirak edib.

F-1.az xəbər verir ki, Fransanın Pol Rikar trasında Pirelli-nin 2019-cu ilin yağış təkərlərinin ikigünlük testləri baş tutub. İlk gün sükan arxasına keçən Rassel süni sulanmış trasda 123 dövrə vurub. O, daha çox keçid təkərlərinə üstünlük verib.

Bottas testlərin ikinci günündə gənc sürücünü əvəz edib. İlk gündən fərqli olaraq, hava buludlu, lakin quru olub. Valtteri Corcdan fərqli olaraq, ağır yağış təkərlərinə üstünlük verib və günü 130 dövrə ilə başa vurub.

Qeyd edək ki, testlər zamanı trasın əsas konfiqurasiyasından istifadə olunmayıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*