F-1.az xəbər verir ki, Ferrari testlərdə 2015-ci il bolidindən istifadə edəcək. Qeyd edək ki, Pirelli təkərləri təkmilləşdirmək üçün mövsüm ərzində cəmi 25 gün test edə bilər.
Pirelli Motorsport-un rəhbəri Pol Hembri keçən ay bildirmişdi ki, italyanlar yağış təkərlərini inkişaf etdirməyə fokuslanıblar.
Pirelli fevralın 9-da Fyoranoda test edəcək və ikigünlük testlərdə hansı sürücünün iştirak edəcəyi hələ də bilinmir.
Xatırladaq ki, keçən il Mercedes, Red Bull və Ferrari komandaları Pirelli-nin 2017-ci il təkərlərini test etmişdilər və Formula1-in yeganə təkər təminatçısı yağış təkərlərini test etmək üçün bu üç komandanın yeni qaydalar üçün yığdığı üç boliddən birini istifadə etmək istəyirdi. Danışıqlardan sonra Ferrari ilə müqavilə imzalanıb. Pirelli xüsusən də, yeni təkərlərin daha tez qızdırılması üçün testlər aparır.
Pol Hembri: “Yarış yenidən başlayanda təkərlər soyuq olacaq. GP2-də etdiyimiz kimi termoçexollar olmadan daha tez qızdırılan təkərlərə ehtiyacımız var”.
Yağış təkərlərinin testlərinin növbəti aylarda davam etməsi gözlənilir…