Pirelli-nin test sürücüləri: L.di Qrassi və X.Algersuari

Lukas di Qrassi və Xayme Algersuari 2013-cü ildə də Pirelli şirkətinin test sürücüləri qalacaqlar. Bu barədə Pirelli Motorsport-un başçısı Pol […]

Lukas di Qrassi və Xayme Algersuari 2013-cü ildə də Pirelli şirkətinin test sürücüləri qalacaqlar. Bu barədə Pirelli Motorsport-un başçısı Pol Hembri Milanda mövsümün rəsmi açılışında elan edib.

Cari mövsümdə Pirelli-nin avtoidman bölməsini 2014-cü ilin yeni təkərləri üzrə böyük test proqramı gözləyir, çünki gələn il yeni reqlament qüvvəyə minir. Ona görə də ehtimal olunurdu ki, təkər istehsalçısı test sürücülərini dəyişə bilər. Amma Hembri bildirib ki, hazırkı sürücülərin işi onu və şirkəti qane edir…

Pol Hembri: “Mən Twitter-də oxumuşdum ki, guya bu gün biz Kamui Kobayaşini bizim yeni test sürücü kimi təqdim edəcəyik, amma bu olmayacaq. Bizim nəyisə dəyişməyə heç bir əsasımız yoxdur. Biz Lukas di Qrassi və xayme Algersuari ilə əla əməkdaşlıq edirik.”

Eyni zamanda, Hembri gələn il üçün təkərlərin hazırlanması planı barədə heç nə deməyib və bildirib ki, işin böyük hissəsi simulyatorda görüləcək…

Pol Hembri: “Əvvəlcə biz Formula1-lə müqaviləmizi uzatmalıyıq, sonra isə təkərlər və tərkiblər barədə düşünməliyik. Deyə bilərəm ki, biz simulyatorda daha çox işləyəcəyik, çünki kompyuter modelləşdirilməsini daha çox tətbiq edirik. Məhz bu yolla biz 2014-cü ilin təkərlərini hazırlayacayıq.”

Təqdimat mərasimində Hembri bildirib ki, keçmiş Formula1 sürücüsü Jan Alezi Pirelli brendinin səfiri seçilib…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*