F-1.az Pirelli-nin mətbuat xidmətinə istinadən bildirir ki, təkər təchizatçısının işçilərindən birinin koronavirus üçün testi müsbətnəticə verib: həmin işçi müalicə üçün yerli hospitala yatızıdırlıb.
“Dünən Melburnda Pirelli-nin Formula1-də işçilərindən biri Covid-19 testindən müsbət cavab alıb. Bu heyət üzvü hazırda Avstraliya səhiyyə orqanlarının müəyyən etdiyi müvafiq prosedurlardan keçir. İşçinin digər insanlar üçün önləyici tədbirlər tələb edən üçüncü tərəflərlə əlaqəsi olmadığı təsdiqlənib. Pirelli ölkənin səhiyyə siyasətinə və şirkətin təlimatlarına uyğun olaraq vəziyyəti nəzarətdə saxlayır”, – deyə komandanın bəyatında qeyd olunub.
Pirelli-nin işçisi McLaren komandasının yanacaqdolduranından sonra koronavirusa yoluxmuş təsdiqlənmiş ikinci şəxsdir.