Pirelli-nin əlavə test günləri istəyi qəbul edilib

Formula1 Komissiyası Pirelli-nin tələbinə müsbət cavab verib.

F-1.az xatırladır ki, Pirelli dünən 2017-ci ilin test reqlamentinin dəyişdirilməməsi halında Formula1-dən gedəcəyini bildirmişdi. Çünki onlar yeni təkərlərin hazırlanması üçün vaxtın kifayət etməyəcəyindən narahatdırlar. Onlar bu barədə ayın əvvəli FİA-ya rəsmi məktub da göndərmişdilər.

F1 Komissiyası bu gün reqlamentə Pirelli-nin daha yaxşı hazırlaşmasına kömək edəcək dəyişiklik edib. Mövsümiçi testlərdə günlərin sayı 12-dən 25-ə qaldırılıb.

Pirelli şirkətindən də testlərin olduqca böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdılar.

Pol Hembri, Pirelli Motorsport-un rəhbəri: “Bizim sadəcə 6 ay vaxtımız var və bu kifayət etməyəcək. Komandalar mükəmməl təkərlər istəyirlər, amma vaxt azaldıqca bunu etmək daha da çətinləşir. Aprel ayında qərar verilməsə, biz çatdıra bilmərik. Bizim şərtlərimizi yerinə yetirməsələr, komandaların bizdən gözlədiyini qarşılamağımız mümkün olmayacaq. Test günləri kifayət etməsə, işimizin effekti olmaz. Biz isə şirkətin imicini təhlükəyə ata bilmərik. Əvvəllər dəfələrlə gördük ki, hər hansı bir problem çıxdıqda günahkar biz oluruq…”

Bu dəyişikliyi iki gün sonra toplaşacaq FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq etməlidir…

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*