F-1.az xəbər verir ki, bu gün testlər başlamamışdan əvvəl Pirelli yeni təkərlərin şəkillərini paylaşıb. Bu təkərləri yoxlayan ilk komanda Ferrari-dir. Sebastyan Fettel bu gün səhərdən 2017-ci ilin reqlamentinə uyğun modifikasiya edilmiş 2015-ci ilin bolidi SF15-T ilə Fioranoda trasa çıxıb. O, quru hava təkərləri ilə bir neçə dövrə vurduqdan sonra yağış təkərlərinə keçib. Fetteli sabah Esteban Qutyerres əvəzləyəcək.
Ferrari-dən sonra isə növbə Red Bull-a çatacaq. Avstriya təmsilçisi çərşənbə və cümə axşamı Mugelloda yeni təkərləri yoxlayacaq. Pirellinin 2017-ci il təkərlərinin test təqvimini təqdim edirik.
№ | Tarix | Tras | Komanda | Təkərin növü |
1 | 1-2 avqust | Fiorano | Ferrari | Yağış təkərləri |
2 | 3-4 avqust | Mugello | Red Bull | Sliklər |
3 | 6-7 sentyabr | Barcelona | Ferrari | Sliklər |
4 | 6-8 sentyabr | Pol Rikar | Mercedes AMG | Sliklər |
5 | 21-22 sentyabr | Pol Rikar | Mercedes AMG | Yağış təkərləri |
6 | 12-13 oktyabr | Barselona | Mercedes AMG | Sliklər |
7 | 14-16 oktyabr | Əbu Dabi | Red Bull | Sliklər |
8 | 2-3 noyabr | Əbu Dabi | Red Bull | Yağış təkərləri |
9 | 14-16 noyabr | Əbu Dabi | Ferrari | Sliklər |
10 | 29 noyabr | Əbu Dabi | Bütün komandalar | Yekun qiymətləndirmə |