Pirelli Niderland və Kanada Qran Priləri üçün təkər seçimini elan edib

Pirelli şirkəti 35 illik fasilədən sonra təqvimə qayıdan Niderland Qran Prisində, eləcə də Kanada Qran Prisində komandalara verəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Keçən ildən bütün həftəsonlarına gətirilən tərkiblər eyni cür adlanır və eyni rənglərlə markalanır: Hard (ağ), Medium (sarı) və Soft (qırmızı). Faktiki olaraq tərkiblərin sayı 5-ə endirilib: ən bərk tərkib C1 indeksi alıb, ən yumşaq isə C5 adlandırılıb. Hər bir həftəsonuna Pirelli hər il odluğu kimi 3 tərkibi seçir.

Zandfortdakı yarışa italyanlar ən bərk üçlüyü – C1, C2 və C3 tərkiblərini seçiblər. Jil Vilnövün adını daşıyan Monreal trasında isə komandalar ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini alacaqlar. Hər iki halda ilk iki tərkib yarış üçün məcburi elan olunub.

Tərkiblər: С1 С2 С3 С4 C5
Avstraliya Qran Prisi Hard Medium Soft
Bəhreyn Qran Prisi Hard Medium Soft
Vyetnam Qran Prisi Hard Medium Soft
Çin Qran Prisi Hard Medium Soft
Niderland Qran Prisi Hard Medium Soft
İspaniya Qran Prisi Elan olunmayıb
Monako Qran Prisi Elan olunmayıb
Azərbaycan Qran Prisi Hard Medium Soft
Kanada Qran Prisi Hard Medium Soft
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*