Pirelli FİA-nı çoxdan tələsdirir ki, təkər təchizatı üzrə müqaviləni uzatsın. Pirelli Motosport-un başçısı Pol Hembri ümid edir ki, martın 8-də keçiriləcək Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında son qərar qəbul olunacaq.
Pol Hembri: “Bəzi detalları aydınlaşdırmaq qalıb – yeni müqavilə tezliklə imzalana bilər. Danışıqlarda xeyli irəliləmişik, hərçənd, belə inkişaf gözləmirdik.
Hamı eyni istiqamətdə işləməlidir – yalnız bu yolla hamını qane edəcək qərar qəbul etmək olar, amma hamının dəstəyini qazanmağa vaxt lazımdır. Biz komandalarla razılaşmalıyıq. Bəzi komandalar bizimlə əməkdaşlığı davam etdirməyə razılıq veriblər, digərləri ilə danışıqlar davam edir. Bu, normal prosedir. İndi biz hamını qane edəcək ortaq məxrəcə gəlməliyik.
Üç il əvvəl Pirelli komandalara öz xidmətlərini təklif edəndə, danışıqlar aparmaq elə də çətin deyildi: komandaların hamısının marağını təmsil edən tərəfdaşımız var idi. Digər tərəfdən, arxada qalan illər ərzində biz komandalarla yaxşı tanış olmuşuq, indi bizim sıx münasibətlərimiz var.
Əlbəttə, danışıqlar nə qədər uzun sürürsə, pressinq də bir o qədər artır. Əgər biz yaxın gələcəkdə komandalarla razılığa gələ bilməsək, şirkətin direktorlar şurası Formula1 proqramının maliyyəşməsinə təsir edə biləcək qərar qəbul edə bilər.
Avtoİdman üzrə Ümumdünya Şurasının gələn həftə keçiriləcək iclasında qərar olunsaydı, çox yaxşı olardı, çünki növbəti iclas ancaq iyun ayında olacaq, bizim üçün bu çox gec vaxt olacaq. Biz hadisələri tələsdirmək istəmirik, amma biz tezliklə yaxın gələcəyimizə təminat almalıyıq. Kənardan bu elə də görünmür, amma biz əməkdaşlarımıza görə də məsuliyyət daşıyırıq, ona görə də məsələyə aydınlıq lazımdır. Pirelli Rusiyada, Meksikada və Asiyada genişmiqyaslı layihələri var. Əlbəttə, şirkətdə yüksək səviyyəli mütəxəssislərə böyük təlabat var, ona görə də bizim işçilər küçədə qalmayacaqlar, amma biz onlardan işlərini dəyişməyi tələb edə bilmərik.”