Pirelli Mucello və Soçidəki yarışlar üçün təkər seçimini elan edib

İtalyan təchizatçı keçən ay əvvəldən elan olunan ilk 8 yarışa gətirəcəyi təkərləri açıqlamışdı. Sonradan təqvimə əlavə edilən Toskana Qran Prisi və Rusiya Qran Prisində istifadə ediləcək təkərlər də artıq məlumdur.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Mucelloda ilk dəfə baş tutacaq yarışa ən sərt üçlük – C1, C2 və C3 təkərləri gətiriləcək. İlk iki tərkib məcburi elan olunub. Soçidəki yarışda isə əksinə, bu il ilk dəfə olaraq daha yumşaq olan üçlük – C3, C4 və C5 tərkibləri komandaların ixtiyarlarına veriləcək ki, orada da ilk iki tərkib məcburi elan olunub.

Tərkiblər: С1 С2 С3 С4 C5
Avstriya Qran Prisi Hard Medium Soft
Avstriya (Ştiriya) Qran Prisi Hard Medium Soft
Macarıstan Qran Prisi Hard Medium Soft
Britaniya Qran Prisi Hard Medium Soft
Britaniya (Yubiley) Qran Prisi Hard Medium Soft
İspaniya Qran Prisi Hard Medium Soft
Belçika Qran Prisi Hard Medium Soft
İtaliya Qran Prisi Hard  Medium Soft
Toskana Qran Prisi Hard Medium Soft
Rusiya Qran Prisi Hard Medium Soft
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*