Pirelli mövsümün ilk üç yarışına təkər tərkiblərini təyin edib

Pirelli şirkəti mövsümün ilk üç yarışında komandaların istifadə edəcəkləri təkər tərkiblərini müəyyən edib – Avstraliya və Çinə italiyalılar Medium və […]

Pirelli şirkəti mövsümün ilk üç yarışında komandaların istifadə edəcəkləri təkər tərkiblərini müəyyən edib – Avstraliya və Çinə italiyalılar Medium və Soft tərkiblərini, Malayziyaya isə Medium və Hard tərkiblərini gətirəcəklər.

Əgər keçən il Soft tərkibindən bütün yarışlarda istifadə olunmuşdusa, bu il Pirelli ənənəni dəyişmək qərarına gəlib – əslən, keçənilki Sof bu il Medium kimi təqdim olunub və məhz bu tərkib 2012-ci ildə baza rolunu oynayacaq.

Reqlamentə əsasən standart şəraitdə hər bir sürücü uik-endə 11 təkər dəsti alacaq – 6 bərk və 5 yumşaq tərkib. Bundan başqa hər bir sürücüyə 4 dəst keçid və 3 dəst yağış təkərləri verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*