F-1.az xəbər verir ki, mövsümün ilk yarışı Bəhreyndə italyanlar ən bərk üçlüyü seçiblər: yarışda C1 və C2 tərkibindən birinin istifadəsi vacibdir, sıralanma turu üçün C3 tərkibi vacibdir.
Bir həftə sonra Ciddədə komandalara orta üçlük təqdim olunacaq – C2 və C3 tərkibləri yarış üçün, C4 isə sıralanma turu üçün vacib olacaq.
İkiillik fasilədən sonra çempionatı qəbul edəcək Melburnda isə maraqlı seçim edilib: yarışda sürücülərin ixtiyarında C2 və C3 tərkibləri olsa da, sıralanma turu üçün ən yumşaq C5 tərkibi gətiriləcək.
Tərkiblər: | С1 | С2 | С3 | С4 | C5 |
Bəhreyn Qran Prisi | Hard | Medium | Soft | ||
S.Ərəbistanı Qran Prisi | Hard | Medium | Soft | ||
Avstraliya Qran Prisi | Hard | Medium | Soft |