Pirelli Monako Qran Prisində təkər təzyiqlərini anbaan izləyəcək

Şirkətin bu addımı atmasının səbəbi bəzi komandaların təkər təzyiqlərində hiylə işlətməsi barədə yayılan xəbərlərdir.

F-1.az xəbər verir ki, FİA və Pirelli hər yarışdan əvvəl təkərlər üçün minimum təzyiq təyin edirlər və bu təzyiq təkərlər maşına taxıldıqdan sonra ölçülür.

Amma şayiələrə görə, bəzi komandalar maşınlar trasda olarkən təkərlərin təzyiqinin azaldılmasının yolunu tapıblar. Deyilənlərə görə, bu sistemdən istifadə edən 2 komanda var. Bu iddia ilə McLaren komandasının FİA-ya məktub yazdığı bildirilir.

Formula1-in təkər tədarükçüsü Pirelli bu şayiələrə son qoymaq üçün Monakoya təkərlərin yarış əsnasında da təzyiqini ölçməyə imkan verən sistem gətirəcək. Pirelli Motorsport-un rəhbəri Pol Hembri mövzu ilə əlaqədar Barselonada danışıb: “Bu, növbəti il üçün üzərində işlədiyimiz bir şeydir. Monakoda sınaqdan keçirmək bizim üçün önəmli bir addım olacaq”.

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*