Pirelli Monako Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Monako Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

Düzdür, bu qayda cari mövsümdə ilk dəfə tətbiq olunacaq, çünki çempionata yeni enli təkərlərin gəlməsi üzündən mövsümün ilk 5 yarışına sürücülərin əvəzinə seçimi Pirelli özü edirdi. Amma Monakodan etibarən seçim hüququ yenidən sürücülərə keçib və sürücülər dərhal bundan yararlanmağa çalışıblar: seçimlərdə ən yumşaq təkər dəstləri üstünlük təşkil edir.

Təkər istehsalçısı knyazlığa ən yumşaq üçlüyünü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək, ilk iki tərkibin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 1 3 9
Valtteri Bottas Mercedes AMG 1 3 9
Daniel Rikkardo Red Bull 1 1 11
Maks Ferstappen Red Bull 1 1 11
Sebastyan Fettel Ferrari 1 2 10
Kimi Rəykkönen Ferrari 1 2 10
Serxio Peres Force İndia 1 2 10
Esteban Okon Force İndia 1 2 10
Felipe Massa Williams 1 1 11
Ləns Stroll Williams 1 1 11
Censon Batton McLaren 2 1 10
Stoffel Vandorn McLaren 1 2 10
Karlos Sayns Toro Rosso 1 3 9
Daniil Kvyat Toro Rosso 1 3 9
Roman Qrojan Haas 1 2 10
Kevin Maqnussen Haas 1 2 10
Niko Hülkenberq Renault 1 1 11
Colion Palmer Renault 1 1 11
Markus Eriksson Sauber 1 2 10
Paskal Verlyayn Sauber 1 2 10
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*