Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Meksika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Rodriges qardaşları adına trasına ən yumşaq üçlüyü – HyperSoft, UltraSoft və SuperSoft tərkiblərini gətirəcəklər.
Bu dəfə dəstlərin bölgüsü əvvəlki Qran Prilərdə olduğundan daha bərabərsaylı alınıb. Alonso digər sürücülərdən seçilib – ispaniyalı sürücü 3 dəst SuperSoft sifariş edib. Sayns və Lekelrin sifarişini də ekstremal hesab etmək olar – onlar həftəsonunu yalnız bir dəst UltraSoft-la keçirəcəklər…
Meksika Qran Prisi üçün təkər seçimi
Sürücü | Komanda | SuperSoft | UltraSoft | HyperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 2 | 3 | 8 |
Valtteri Bottas | Mercedes AMG | 1 | 4 | 8 |
Sebastyen Fettel | Ferrari | 2 | 3 | 8 |
Kimi Rəykkönen | Ferrari | 2 | 3 | 8 |
Daniel Rikkardo | Red Bull | 1 | 3 | 9 |
Maks Ferstappen | Red Bull | 2 | 2 | 9 |
Serxio Peres | Racing Point | 2 | 2 | 9 |
Esteban Okon | Racing Point | 2 | 2 | 9 |
Ləns Stroll | Williams | 1 | 3 | 9 |
Sergey Sirotkin | Williams | 2 | 2 | 9 |
Karlos Sayns | Renault | 2 | 1 | 10 |
Niko Hülkenberq | Renault | 1 | 2 | 10 |
Pyer Qasli | Toro Rosso | 2 | 2 | 9 |
Brendon Hartli | Toro Rosso | 2 | 2 | 9 |
Roman Qrojan | Haas | 2 | 2 | 9 |
Kevin Maqnussen | Haas | 1 | 3 | 9 |
Fernando Alonso | McLaren | 3 | 2 | 8 |
Stoffel Vandorn | McLaren | 2 | 2 | 9 |
Markus Eriksson | Sauber | 1 | 2 | 10 |
Şarl Lekler | Sauber | 2 | 1 | 10 |