Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Meksika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, Pirelli Rodriges qardaşlarının adını daşıyan avtodroma mövsümdə 9-cu dəfə ən yumşaq üçlüyü gətirəcəyini elan etmişdi. Sürücülər gözlənildiyi kimi, ən yumşaq tərkibə üstünlük veriblər. Maraqlıdır ki, ən güclü 3 komandanın sürücüləri fərqli sayda UltrSoft sifariş veriblər: Mercedes sürücüləri 9 dəst, Ferrari sürücüləri 7 dəst istədikləri halda, Red Bull sürücüləri cəmi 6 dəstlə kifayətləniblər.
Sonda qeyd edək ki, Soft və SuperSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.
Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 3 | 9 |
Valtteri Bottas | Mercedes AMG | 2 | 2 | 9 |
Daniel Rikkardo | Red Bull | 3 | 4 | 6 |
Maks Ferstappen | Red Bull | 3 | 4 | 6 |
Sebastyan Fettel | Ferrari | 1 | 5 | 7 |
Kimi Rəykkönen | Ferrari | 2 | 4 | 7 |
Serxio Peres | Force İndia | 2 | 2 | 9 |
Esteban Okon | Force İndia | 1 | 2 | 10 |
Felipe Massa | Williams | 2 | 1 | 10 |
Ləns Stroll | Williams | 1 | 2 | 10 |
Fernando Alonso | McLaren | 2 | 1 | 10 |
Stoffel Vandorn | McLaren | 1 | 2 | 10 |
Daniil Kvyat | Toro Rosso | 1 | 2 | 10 |
Pyer Qasli | Toro Rosso | 1 | 2 | 10 |
Roman Qrojan | Haas | 2 | 3 | 8 |
Kevin Maqnussen | Haas | 1 | 4 | 8 |
Niko Hülkenberq | Renault | 1 | 2 | 10 |
Karlos Sayns | Renault | 1 | 2 | 10 |
Paskal Verlyayn | Sauber | 2 | 3 | 8 |
Markus Eriksson | Sauber | 2 | 3 | 8 |