Pirelli Maldonado xəbərlərini təkzib edib

Formula1-in təkər təminatçısı Pirelli Pastor Maldonadonu test sürücüsü kimi seçdikləri ilə bağlı xəbərləri təkzib edib...

F-1.az xatırladır ki, FİA keçən ay Pirelli-yə 2017-ci il qaydaları üçün hazırlanacaq təkərləri test etməyə icazə verib.

Belə iddialar var idi ki, bu mövsümün əvvəlində Renault-dan göndərilən Maldonado Pirelli-nin test sürücüsü seçilib, amma italyanlar bu iddiaları təkzib ediblər: “Test sürücüsü kimi hər hansı bir sürücü ilə müqavilə bağladığımız xəbəri heç də doğru deyil.

Hazırda 2017-ci ildəki təkərlərin bir prototipini istifadə edirik. İyul ayının sonunda və ya avqust ayına qədət sürücülərimizi seçəcəyik, sonra isə işlənmiş bolidlərlə testlər edəcəyik”.

Xatırladaq ki, Pirelli keçən həftə Fyoranoda Jan Erik Vern ilə təkər testləri edib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*