Pirelli Malayziya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Malayziya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Beynəlxalq Sepanq avtodromuna orta üçlüyü gətirəcəyini elan etmişdi. Sürücülər gözlənildiyi kimi, SuperSoft təkərlərə üstünlük veriblər. Ən bərk ağ təkərlərdən birdən artıq yalnız Bottas, Maqnussen və Eriksson sifariş ediblər. Ən yumşaq qırmızı təkərlərdən isə ən çox Williams və McLaren sürücüləri alacaqlar.

Sonda qeyd edək ki, Soft və Medium tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

Sürücü Komanda Medium Soft SuperSoft 
Lyuis Həmilton Mercedes AMG 1 5 7
Valtteri Bottas Mercedes AMG 2 4 7
Daniel Rikkardo Red Bull 1 4 8
Maks Ferstappen Red Bull 1 3 9
Sebastyan Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 1 3 9
Serxio Peres Force İndia 1 4 8
Esteban Okon Force İndia 1 4 8
Felipe Massa Williams 1 2 10
Ləns Stroll Williams 1 2 10
Fernando Alonso McLaren 1 2 10
Stoffel Vandorn McLaren 1 2 10
Karlos Sayns Toro Rosso 1 4 8
Daniil Kvyat Toro Rosso 1 4 8
Roman Qrojan Haas 1 5 7
Kevin Maqnussen Haas 2 4 7
Niko Hülkenberq Renault 1 3 9
Colion Palmer Renault 1 3 9
Paskal Verlyayn Sauber 1 5 7
Markus Eriksson Sauber 2 4 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*