Pirelli Macarıstan və Belçika yarışlarına təkər seçimini elan edib

İtalyan təkər təchizarçısı Macarıstan və Belçikadakı yarışlara hansı tərkibləri gətirəcəyini açıqlayıb.

F-1.az xatırladır ki, bu mövsüm tərkib sayı beşdən altıya qalxıb – altıq C0 indeksli tərkib də sıraya daxil edilib.

Sərtlik baxımından C0 tərkibi keçənilki C1 tərkibinə uyğun gəlir, builki C1 keçən ilki ilə müqayisədə daha yüksək yol tutuşuna malik olsa da, keçənilki C2-dən bir qədər sərtdir.

Belə ki, sürücülərin ixtiyarına Hunqarorinqdə C3, C4 və C5, Spada isə C2, C3 və C4 tərkibləri veriləcək. Pirelli cari mövsümdə bu müvafiq olaraq, altıncı və dördüncü dəfə bu kombinasiyalardan istifadə edəcək.

Yarış С0 С1 С2 С3 С4 С5
Bəhreyn
Səudiyyə Ərəbistanı  –  –
Avstraliya  –  –
Azərbaycan  –  –
Mayami  –  –
Emiliya Romanya  –  –
Monako  –  –
İspaniya
Kanada  –  –
Avstriya  –  –
Böyük Britaniya
Macarıstan  –  –
Belçika  –
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*