Pirelli şirkəti qarşıdakı 3 Qran Priyə gətirəcəyi təkər tərkiblərini açıqlayıb: Böyük Britaniya, Almaniya və Macarıstan Qran Prilərinə.
Pirelli-nin planlarına baxmayaraq, təkərlərin konstruksiyası dəyişməz qalacaq. Kanadada cümə sərbəst yürüşlərində yağış üzündən komandalar yeni tərkibləri lazımınca yoxlaya bilmədilər, ona görə də yeni təkərlərə keçidi təsdiq etməyiblər. Buna baxmayaraq, şirkət rezin qatının hazırlanması prosesinə dəyişiklik edib ki, təkərlərin qatının açılmasının qarşısını alsın.
Böyük Britaniyada və Macarıstanda komandaları ən bərk cütlük gözləyir – Medium və Hard, Almaniyada isə sürücülər Soft və Medium tərkibində yarışacaqlar…
Qran Pri | SuperSoft | Soft | Medium | Hard |
AVSTRALİYA | SuperSoft | Medium | ||
MALAYZİYA | Medium | Hard | ||
ÇİN | Soft | Medium | ||
BƏHREYN | Medium | Hard | ||
İSPANİYA | Medium | Hard | ||
MONAKO | SuperSoft | Soft | ||
KANADA | SuperSoft | Medium | ||
B.BRİTANİYA | Medium | Hard | ||
ALMANİYA | Soft | Medium | ||
MACARISTAN | Medium | Hard |