F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.
Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.
Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.
Hunqarorinqə Medium, Soft və UltraSoft tərkiblər gətiriləcək. Yəni, mövsümün ən çox istifadə edilən tərkiblərindən SuperSoft-u Britaniya və Almaniyadan sonra ardıcıl üçüncü yarışda da görməyəcəyik.
İlk iki tərkib məcburi elan edilib, yəni yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.
Mərhələ / Tərkiblər | SuperHard | Hard | Medium | Soft | SuperSoft | UltraSoft | HyperSoft |
Markalanma rəngi | Narıncı | Mavi | Ağ | Sarı | Qırmızı | Bənövşəyi | Çəhrayı |
Avstraliya Qran Prisi | Soft | SuperSoft | UltraSoft | ||||
Bəhreyn Qran Prisi | Medium | Soft | SuperSoft | ||||
Çin Qran Prisi | Medium | Soft | UltraSoft | ||||
Azərbaycan Qran Prisi | Soft | SuperSoft | UltraSoft | ||||
İspaniya Qran Prisi | Medium | Soft | SuperSoft | ||||
Monako Qran Prisi | SuperSoft | UltraSoft | HyperSoft | ||||
Kanada Qran Prisi | SuperSoft | UltraSoft | HyperSoft | ||||
Fransa Qran Prisi | Soft | SuperSoft | UltraSoft | ||||
Avstriya Qran Prisi | Soft | SuperSoft | Ultrasoft | ||||
Britaniya Qran Prisi | Hard | Medium | Soft | ||||
Almaniya Qran Prisi | Medium | Soft | UltraSoft | ||||
Macarıstan Qran Prisi | Medium | Soft | UltraSoft |