F-1.az xatırladır ki, Pirelli Silverstouna gətirəcəyi təkər dəstləri ilə bağlı fikrini dəyişmişdi. Buna səbəb isə sürücülərin sərt tərkiblərlə bağlı kəskin tənqidləri olmuşdu. Lakin Macarıstana gətiriləcək tərkiblər əvvəlcədən planlaşdırılandan fərqlənmir – təchizatçı Silverstoundan sonra Hunqarorinqdə də komandalara Medium, Soft və SuperSoft tərkibləri verəcək.
Baxmayaraq ki, Macarıstanda keçən il də eyni tərkiblərdən istifadə edilmişdi, bu qərarı sürpriz kimi qəbul etmək olar. Çünki bu il tərkiblər daha sərtdir və Hunqarorinqdə asfaltla ilişmə böyük əhəmiyyət daşıyır. Buna görə də Pirelli-nin ən yumşaq tərkibləri seçəcəyi gözlənilirdi. Lakin italyan şirkət öz qərarını dəyişməyib.
Medium və Soft tərkiblər məcburi elan olunub…
Mərhələ / Tərkiblər | UltraSoft | SuperSoft | Soft | Medium | Hard |
Markalanma rəngi | Bənövşəyi | Qırmızı | Sarı | Ağ | Narıncı |
Avstraliya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Çin Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Bəhreyn Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Rusiya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
İspaniya Qran Prisi | Soft | Medium | Hard | ||
Monako Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Kanada Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Azərbaycan Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Avstriya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Britaniya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Macarıstan Qran Prisi | SuperSoft | Soft | Medium |