F-1.az xatırladır ki, Avstraliyada həftənin 4-cü günü McLaren komandasının bir işçisində koronavirus tapılmış və Britaniya təmsilçisi yarışdan çəkilmək qərarı almışdı. Bundan sonra Avstraliya yarışının ləğvi də gözlənilirdi. Ancaq yarış həftəsonu 12 saatdan sonra ləğv olunub.
Komandalardan bəziləri yarışın keçirilməsini istəsələr də, sürücülərin əksəriyyəti yarışın ləğv olunmasına sevinirdilər.
Mario İzola: “Pirelli olaraq Formula1, FİA və Avstraliya Qran Prisinin təşkilatçalırının ləğv qərarını dəstəkləyirik. Biz çempionatın tərəfdaşlarından biri olaraq, koronavirusa görə alınan qərarı anlayırıq. İlk yarışı izləmək üçün Melburna gələn bütün azarkeşlərə görə isə məyusuq”.