F-1.az xəbər verir ki, ispan mütəxəssis Pirelli-nin mühəndislərinin komandalarla işlərini koordinasiya edəcək və şirkətin avtoidman bölməsinin rəhbəri Mario İzolaya hesabat verəcək. Şirkət bu barədə rəsmi açıqlama verməyib, sadəcə komandaları xəbərdar etməklə kifayətlənib.
Qeyd edək ki, Manul Munos əvvəllər müxtəlif komandalarda, xüsusilə də, Ferrari (2011-2012), Lotus (2013-2014), McLaren (2015-2016) və Red Bull-da (2017) Pirelli-nin mühəndisi kimi çalışıb. Pirelli-yə gələnə qədər isə Toyota komandasının tərkibində 3 il (2007-2009) strategiya üzrə mütəxəssis olub.