Pirelli komandaların testlərdən üstünlük əldə edə biləcəyini təkzib edib

Şirkətdən Pət Simondsun narahatlığının əsassız olduğu, komandaların bu testlərdən hər hansı üstünlük əldə etmələrinin mümkün olmadığı, bunun qarşısının alınmasına çalışıldığı bildirilib.

F-1.az bildirir ki, Mercedes AMG, Red Bull və Ferrari komandaları Pirelli-nin 2017-ci il üçün olan təkərlərinin prototiplərini artıq sınaqdan keçiriblər. Avqust ayında isə gələn ilin təkərlərini ilk dəfə test edəcəklər.

Williams komandasının texniki direktoru Pət Simonds bu 3 komandanın testlərdən sonra böyük üstünlük əldə edəcəklərindən narahat olduğunu bildirmişdi. Lakin Pirelli şirkətinin yarış direktoru Mario İzola FİA ilə yaxından əməkdaşlıq edərək komandaların testlərdən üstünlük qazanacaqlarının qarşısını alacaqlarını bildirib.

Mario İzola: “Bunun qarşısını almaq üçün əlimizdən gələni etmişik. Testlərin nəticələrini bütün komandalarla paylaşacayıq. Test edən komandalara ayrıca xüsusi məlumatlar verilməyəcək. Növbəti aylarda testlərin nəticələrini analiz edib bütün komandalara eyni məlumatı verəcəyik. Biz təkərlərin tərkibində nəyin olduğunu bilirik, amma test edən komandalar bunu bilməyəcək. Təbii ki, onların az da olsa, üstünlük əldə etməyəcəyini 100% demək çətindir. Biz heç bir komandaya  haqsızlıq olmaması üçün indidən müzakirələr aparırıq.

Formula1-ə gəldiyimiz gündən bəri, təkər testləri ən çox çətinlik çəkdiyimiz mövzulardan biri olub. Testlər üçün bolidə ehtiyacımız var. 2009-cu ildə Toyotanın bolidindən istifadə edirdik. Çünki Toyota çempionatı tərk etmişdi. Lakin çempionatı hər il hansısa komanda tərk etmir. Fərqli həll yolları tapmalıyıq.

Gələn il 2018-ci ilin təkərləri üçün indikindən daha çox test etməyi planlaşdırmışıq. Ona görə də gələn il 3 yox, daha çox komanda ilə əməkdaşlıq edə biləcəyik”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*