Beləliklə, Monreala təkər istehsalçısı Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək. Yarış üçün məcburi tərkib iki dəst Soft təkərləri seçilib. Bazar günü hər bir sürücünün ixtiyarında bu iki dəst olmalıdır və onlarından ən azı biri istifadə olunmalıdır.
Sıralanma turu üçün məcburi tərkib UltraSoft seçilib.
Builki reqlamentə uyğun olaraq, hər bir sürücü sıralanma turunun son sessiyasına həftəsonu üçün seçilən 3 tərkibdən ən yumşağından bir dəst saxlamalıdır. Son sessiyanın iştirakçıları sıralanma turundan sonra həmin istifadə olunmuş dəsti Pirelli-yə qaytarmalıdırlar, digərləri isə bu dəstdən bazar günü yarışda istifadə edə bilərlər. Komanda ixtiyarında olan digər təkər dəstlərinin sayını özü seçir və istifadəsində azaddır: komandalar həftəsonu üçün 13 dəst təkər seçə bilərlər.
F-1.az Pirelli-yə istinadən xatırladır ki, builki qaydalara əsasən, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur…
Mərhələ / Tərkiblər | UltraSoft | SuperSoft | Soft | Medium | Hard |
Markalanma rəngi | Bənövşəyi | Qırmızı | Sarı | Ağ | Narıncı |
Avstraliya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Bəhreyn Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Çin Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Rusiya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
İspaniya Qran Prisi | hələ elan olunmayıb | ||||
Monako Qran Prisi | hələ elan olunmayıb | ||||
Kanada Qran Prisi | UltraSoft | SuperSoft | Soft |