F-1.az xəbər verir ki, İtaliyaya Medium, Soft və SuperSoft tərkibləri gətiriləcək. Bu seçim heç kimi təəccübləndirməyib – UltraSoft tərkibi sürətli Montsa üçün həddən artıq yumşaq ola bilərdi, builki Hard təkərlər isə çox sərt olduğundan, demək olar ki, istifadədən çıxarılıb. Buna görə də, Pirelli-nin bu yarış üçün təkər elanının formal xarakter daşıdığını deyə bilərik.
Soft və Medium tərkibləri yarış üçün məcburi elan ediliblər, yəni onların hər birindən ən azı bir dəst sifariş olunmalı, yarışın gedişində isə birindən mütləq istifadə olunmalıdır.
Mərhələ / Tərkiblər | UltraSoft | SuperSoft | Soft | Medium | Hard |
Markalanma rəngi | Bənövşəyi | Qırmızı | Sarı | Ağ | Narıncı |
Avstraliya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Çin Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Bəhreyn Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Rusiya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
İspaniya Qran Prisi | Soft | Medium | Hard | ||
Monako Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Kanada Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Azərbaycan Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Avstriya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Britaniya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Macarıstan Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Belçika Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
İtaliya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Sinqapur Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Malayziya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Yaponiya Qran Prisi | SuperSoft | Soft | Medium |