Mario İzola ilk yarışlarda ən yumşaq tərkiblərin şəraitə uyğun olacağına şübhə etdiklərini bildirib.
Mario İzola: “Hər yarışa bir sıra xüsusi kriteriyalara görə tərkibləri təyin edirik. Əlbəttə, bizim əlimizdə tərkiblərin hər bir trasda əvvəlki illərdə olan aşınma, asfaltla ilişmə dərəcəsi barədə məlumatlar var. Bundan başqa, biz komandaların əvvəlki illərdəki taktikaları, strategiyaları, əylənmə və sürətlənmələri, hava şəraiti barədə zəngin məlumata sahibik. Bütün bu məlumatlara görə biz hansı tərkiblərin daha yaxşı olacağını təxmini təyin edə bilirik. Bundan başqa, asfaltın temperaturu və codluluğu da nəzərə alınmalıdır. Bütün bunları nəzərə aldıqda, ilk üç yarışda HyperSoft tərkiblərin effektiv olacağına inamımız az idi”.