Pirelli ilk yarışa sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli mövsümün ilk yarışına – Avstraliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi mətbuat relizi kimi yayıb.

F-1.az xatırladır ki, keçən Melburnda Soft və Medium tərkiblərindən istifadə olunmuşdu – məhz bu tərkiblər qarşıdakı yarışda məcburi tərkib elan olunublar, bu il onlara əlavə olunan SuperSoft tərkibi isə sıralanma turunda məcburidir.

Keçənilki yarış bir pit-stoplu taktika üzərində qurulmuşdu. Yarış zamanı bir Medium tərkibi məcburi olduğu üçün bəzi sürücülər cəmi bir dəst bu tərkibdən sifariş veriblər. Bu tərkibdən 2 dəst sifariş verənlər, yəqin ki, sərbəst yürüşlərdə sazlanmalar üzərində işləmək istəyirlər. Manor komandası isə bu tərkibdən 4 dəst sifariş verib.

Orta qrupun komandaları daha çox SuperSoft tərkibi sifariş veriblər ki, sıralanma turunda daha aktiv mübarizə apara bilsinlər…

Sürücü Komanda Medium Soft SuperSoft
L.Həmilton Mercedes AMG 1 6 6
N.Rosberq Mercedes AMG 2 5 6
S.Fettel Ferrari 2 5 6
K.Rəykkönen Ferrari 2 5 6
V.Bottas Williams 1 5 7
F.Massa Williams 1 5 7
D.Rikkardo Red Bull 2 4 7
D.Kvyat Red Bull 2 4 7
K.Maqnussen Renault 1 5 7
C.Palmer Renault 1 5 7
N.Hülkenberq Force İndia 2 5 6
S.Peres Force İndia 2 5 6
M.Ferstappen Toro Rosso 2 4 7
K.Sayns Toro Rosso 2 4 7
F.Alonso McLaren 1 5 7
C.Batton McLaren 1 5 7
M.Eriksson Sauber 1 6 6
F.Nasr Sauber 2 5 6
P.Verlyayn Manor 4 4 5
R.Haryanto Manor 4 4 5
R.Qrojan Haas 1 5 7
E.Qutyerres Haas 2 4 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*