F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.
Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.
Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.
Pirelli Avstriyadakı hər iki yarışa, Macarıstana, Silverstoundakı ikinci yarışa, Belçikaya və İtaliyaya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirəcək. Silverstoundakı ilk yarışda və İspaniyada isə C1, C2 və C3 tərkibləri komandaların ixtiyarına verəcək.
Mario İzola: “Mövsümün əvvəli çox dəyişkən olur, lakin buna reaksiya vermək üçün kifayət qədər vaxtımız yoxdur. Buna görə də, komandalar, promouterlər və FİA ilə birlikdə mövsümün ilk 8 yarışına gətirəcəyimiz tərkibləri elan etməyi qərara aldıq. Həmişə olduğu kimi, seçdiyimiz tərkiblər trasın xüsusiyyətlərinə uyğun olacaq və komandalara müxtəlif strategiyalar qurmağa imkan yaradacaq”.
Tərkiblər: | С1 | С2 | С3 | С4 | C5 |
Avstriya Qran Prisi | Hard | Medium | Soft | ||
Avstriya (Ştiriya) Qran Prisi | Hard | Medium | Soft | ||
Macarıstan Qran Prisi | Hard | Medium | Soft | ||
Britaniya Qran Prisi | Hard | Medium | Soft | ||
Britaniya (Yubiley) Qran Prisi | Hard | Medium | Soft | ||
İspaniya Qran Prisi | Hard | Medium | Soft | ||
Belçika Qran Prisi | Hard | Medium | Soft | ||
İtaliya Qran Prisi | Hard | Medium | Soft |