Pirelli ilk 3 yarışa təkər seçimini elan edib

İtalyan təkər təchizarçısı Bəhreyn, S.Ərəbistanı və Avstraliyadakı yarışlara hansı tərkibləri gətirəcəyini açıqlayıb.

F-1.az xatırladır ki, gələn mövsüm tərkib sayı beşdən altıya qalxıb – altıq C0 indeksli tərkib də sıraya daxil edilib.

Sərtlik baxımından C0 tərkibi keçənilki C1 tərkibinə uyğun gəlir, builki C1 keçən ilki ilə müqayisədə daha yüksək yol tutuşuna malik olsa da, keçənilki C2-dən bir qədər sərtdir.

Şirkət Bəhreynə sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini seçib. Adları çəkilən digər iki yarışda isə sürücülərin ixtiyarına daha yumşaq – C2, C3 və C4 tərkibləri veriləcək ki, bu üçlüyün 2023-cü ildə daha çox istifadə ediləcəyi gözləniləndir.

Yarış С0 С1 С2 С3 С4 С5
Bəhreyn
Səudiyyə Ərəbistanı  –  –
Avstraliya  –  –

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*