“Pirelli 2020-ci ilin Formula1 çempionatında Böyük Britaniya və Yaponiya Qran Prilərinin titul sponsoru olacaq”, – deyə İtaliya şirkətinin yayımladığı qısa məlumatda bildirilib.
F-1.az xatırladır ki, ötən il Pirelli Kanada və Fransadakı yarışların titul sponsoru olmuşdu.