Pirelli Hot Laps proqramı təqdim edilib

Pirelli şirkəti azarkeşlər və məşhurların yarış həftəsonlarında trasa çıxmaları üçün super avtomobil və məşhur Formula1 sürücüləri ilə dövrələrin atılacağı Pirelli Hot Laps proqramını təqdim edib.

F-1.az xəbər verir ki, proqramın avtomobil tərəfdaşları Aston Martin və McLaren olacaq. Maşınlar Aston Martin-in 4 litr həcmli və turbo V8 mühərrikli Vantage və McLaren 720S olacaqlar. Maşınları isə Daniel Rikkardo, Maks Ferstappen, Lando Norris, Mika Həkkinen, Fernando Alonso və Stoffel Vandorn sürəcəklər.

Şon Bratçes: “Formula1-in Pirelli Hot Laps proqramı fanların əsl tras təcrübəsi yaşamaqlarına kömək edəcək. Bu təcrübə hesabına mükəmməl maşınların içində əfsanəvi sürücülər və əfsanəvi traslarda xüsusi dəqiqələr keçirəcəksiniz. Bizim əsas qayğımız fanlardır. Bu həm də Pirelli və Formula1 komandalarının istedadlarının göstəricisidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*