Pirelli gələn il üçün 6 slik hazırlayacaq

Bildiyiniz kimi, Pirelli son illərdə quru hava üçün C1-dən C5-ə qədər nömrələnən beş müxtəlif tərkib təklif edib. Gələn il isə onların sayı altıya yüksələcək.

F-1.az xəbər verir ki, C0 adlanacaq yeni tərkib builki C1-lə eyni olacaq. Gələnilin C1-i isə builki C1-dən daha çox asfaltla ilişməyə sahib olsa da, builki C2-dən daha sərt olacaq.

Mario İzola: “Biz qərara aldıq ki, gələn il 5 yox, 6 müxtəlif slik tərkibi olsun. İndiki C1 tərkibləri Zandfort və Silverstounda yaxşı işləyib, buna görə də, onlardan imtina etmək istəmədik. Bununla belə, builki ilə müqayisədə daha yaxşı yol tutuşu bəxş edən C1 tərkibi hazırlamaq qərarına gəldik. C2, C3, C4 və C5 tərkibləri builki kimi olacaq. C1 və C2 performans baxımından bir-birinə daha yaxın olacaq, əsas məqsədimiz C2 və C4-dən bərabər məsafədə olan C3 yaratmaqdır.

Yaxın gələcəkdə biz ilk üç-dörd yarış üçün verəcəyimiz təkərləri elan edəcəyik, çünki artıq bu təkərləri istehsal edib dəniz yolu ilə göndərməliyik. Ancaq digər mərhələlərə seçim edərkən daha çevik olmaq istəyirik. Lakin bu o demək deyil ki, biz bir-birindən uzaq tərkibləri yarışlara gətirəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*