Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Fransa Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xəbər vermişdi ki, italyanlar illər sonra Fransada baş tutacaq ilk yarış üçün Soft, SuperSoft və ÜltraSoft üçlüyünü gətirəcəklər. Pol Rikar trasında təkərlərin nə qədər aşınacağı və necə işləyəcəyi məlum deyil. Sürücülər ənənəvi olaraq, ən yumşaq tərkibə üstünlük veriblər. Top komandaların sürücülərindən ən riskli seçimi Fettel və Həmilton ediblər – onlar sadəcə bir dəst Soft təkər sifariş ediblər.
Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 3 | 9 |
Valtteri Bottas | Mercedes AMG | 2 | 2 | 9 |
Sebastyen Fettel | Ferrari | 1 | 3 | 9 |
Kimi Rəykkönen | Ferrari | 2 | 2 | 9 |
Daniel Rikkardo | Red Bull | 3 | 3 | 7 |
Maks Ferstappen | Red Bull | 3 | 3 | 7 |
Serxio Peres | Force İndia | 3 | 2 | 8 |
Esteban Okon | Force İndia | 3 | 2 | 8 |
Ləns Stroll | Williams | 1 | 2 | 10 |
Sergey Sirotkin | Williams | 2 | 1 | 10 |
Karlos Sayns | Renault | 1 | 3 | 9 |
Niko Hülkenberq | Renault | 2 | 2 | 9 |
Pyer Qasli | Toro Rosso | 1 | 4 | 8 |
Brendon Hartli | Toro Rosso | 2 | 3 | 8 |
Roman Qrojan | Haas | 2 | 3 | 7 |
Kevin Maqnussen | Haas | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 3 | 2 | 8 |
Stoffel Vandorn | McLaren | 2 | 2 | 9 |
Markus Eriksson | Sauber | 2 | 2 | 9 |
Şarl Lekler | Sauber | 1 | 3 | 9 |