FİA-nın və Mercedes AMG komandasının vəkillərindən sonra FİA-nın Beynəlxalq Tribunalında Pirelli-nin vəkili Dominik Düma çıxış edib və bildirib ki, FİA-nın təkər testlərinə nəinki cərimə təyin etmək, ümumən onları qadağan etmək səlahiyyətləri belə yoxdur, çünki tərəfləri yalnız təkər təchizatı üzrə müqavilə bağlayır.
Bu gün səhər FİA-nın vəkili Mark Hovard bildirmişdi ki, onun fikrincə, Pirelli idman reqlamentinə riayət etməlidir, Pirelli Motorsport-un başçısı Pol Hembri iclasda iştirak etsə də, Markın sözlərinə cavabı Dominik səsləndirib…
Dominik Düma: “Pirelli-yə qarşı heç bir idman sanksiyasından söhbət belə gedə bilməz, çünki biz sadəcə FİA ilə müqavilə çərçivəsində çıxış edirik. Hətta Red Bull və Ferrari komandaları bu məsələ üzrə iddia qaldırarkən təsdiq etmişdilər ki, onların Pirelli-yə qarşı heç bir iradları yoxdur. FİA yalnız öz üzvlərinə və çempionat iştirakçılarına cərimə ttəbiq edə bilər…”