Pirelli şirkəti FİA-nı məhkəməyə verə bilər: buna səbəb FİA-nın Beynəlxalq Tribunalının Mercedes AMG komandası ilə Barselonada birgə keçirdikləri testlərə görə şirkətə xəbərdarlıq etməsidir – bu barədə Londonda dərc olunan The Daily Telegraph xəbər yayıb.
Düzdür, təkər istehsalçısına xəbərdarlıq ikinci növbədə edilmişdi, çünki komanda hər şeydən əvvəl günahkar hesab olunmuşdu, axı, məhz komanda reqlamenti pozaraq testlərə 2013-cü ilin maşını ilə gəlmişdi və məhz buna görə də Ferrari və Red Bull komandaları Monako Qran Prisi günlərində Mercedes AMG komandasından şikayət etmişdilər.
Amma müstəqil hakimlər hesab ediblər ki, komanda ilə yanaşı təkər istehsalçısının da günahı var, amma hər iki tərəf “vicdanla” çalışıb və FİA-nın yarış direktoru Çarli Uaytinqin şifahi razılığına əsaslanıblar.
Ekspertlər hesab edirlər ki, gənc sürücülərin testlərindən kənarlaşdırılması komanda üçün simvolik cərimədir. Ona görə də komanda elə dünən elan etmişdi ki, Tribunalın qərarından razıdır və şikayət etməyəcək.
Amma Telegraph bildirdiyinə görə, Pirelli-nin rəhbərliyi artıq məhkəməyə çağrıldıqları üçün işin gedişindən narazı idi. FİA-nın şirkətə qarşı cərimə ttəbiq etməyə heç bir səlahiyyəti olmadığı halda federasiya xəbərdarlıq elan etməklə kifayətlənib.
Şayiələr gəzir ki, federasiyanın prezidenti Jan Todt Michelin-dən olan həmyerlilərinin çempionata qayıtmasına çalışır. Pirelli Motorsport-un başçısı bu mövzunu şərh etməkdən boyun qaçırıb, amma qəzet hesab edir ki, Todt federasiyanın verdiyi xəbərdarlıqdan yararlanaraq Pirelli-nin mövqeyini sarsıtmağa çalışsa, şirkət FİA-nı məhkəməyə verəcək…