Pirelli FİA ilə üçillik müqavilə imzalayıb

Pirelli şirkəti FİA ilə Formula1 komandalarını 3 il müddətinə təkərlərlə təchiz etmək barədə müqavilə imzaladığını elan edib. Müqavilə 2014-cü ildən […]

Pirelli şirkəti FİA ilə Formula1 komandalarını 3 il müddətinə təkərlərlə təchiz etmək barədə müqavilə imzaladığını elan edib. Müqavilə 2014-cü ildən qüvvəyə minir.

Şirkətin yaydığı mətbuat relizində deyilir ki, Pirelli və komandaların birgə səyi nəticəsində təhlükəsizliyin və effektliyin səviyyələri artırılıb və yekunda İdman Reqlamentinə düzəlişlər edilib. Qəbul olunmuş düzəlişlər iki maddədə əks olunub:

1. Mövsümöncəsi testlərin 12 günündən biri tamamilə yazğış təkərlərin testlərinə həsr olunacaq;

2. Mövsüm testlərinə ayrılmış 8 gündən birində də komandalar tamamilə bizim təkərlərlə işləyəcəklər. Bu isə o deməkdir ki, bu 8 gündən hər birində bir və ya iki komanda sırf bizim mühəndislərlə işləyəcək.

Relizdə deyilir:Pirelli FİA və komandalarla sıx əməkdaşlıqda təkərlərin modernizəsini davam etdirəcək. Bundan əlavə Pirelli və FİA yollarda təhlükəsizliyin artırılması proqramı çərçivəsində tərəfdaş olacaqlar.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*