Pirelli: “Fettelin təkəri qırıntılara görə partlayıb”

Sebastyan Fettelin Avstriyadakı qəzasından sonra araşdırma aparan Pirelli şirkəti belə qərara gəlib ki, təkərin partlama səbəbi trasdakı qırıntılar olub...

F-1.az xatırladır ki, Sebastyan Fettel yarışa 9-cu yerdən başlasa da, SuperSoft təkərlərlə 27 dövrə trasda qalaraq yarışda birinci yerə yüksəlmişdi. Amma birdən-birə almaniyalı sürücünün təkəri partlamış və o divara çırpılaraq, mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Ferrari komandası hadisədən sonra bildirmişdi ki, təkər birdən-birə partlayıb və insidentə qədər hər şey qaydasında olub. Pirelli apardığı araşdırmalardan sonra insidentin səbəbini tapıb: “Təkərin üzərində apardığımız araşdırmalardan sonra hər hansı problemlə qarşılaşmadıq. Təkərin partlama səbəbi istehsaldan qaynaqlanmır. İnsidentin səbəbi tras üzərindəki qırıntılardır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*