Pirelli Fettelin sonuncu təkər probleminin səbəbini açıqlayıb

F-1.az xatırladır ki, ötən həftəsonu baş tutan Britaniya Qran Prisində Ferrari-nin hər iki sürücüsünün maşınlarında sol ön təkərlərində problem yaranmışdı - Rəykkönendə təkərin üst qatı açılmış, Fetteldə isə deşilərək tamamilə dağılmışdı.

İtalyan şirkətin yayımladığı mətbuat relizində deyilir: “Pirelli şirkəti Sebastyan Fettelin maşınının Silverstounda partlamış sol ön təkəri (Soft tərkibli) üzərində təhlillərini başa çatdırıb. Yarış günündə də aydın olduğu kimi, təkərin dağılmasına kiçik deşik səbəb olub. Boksa qayıdarkən təkərin təzyiqi normadan xeyli aşağı olub və bu da tamamilə dağılması ilə nəticələnib.

Kimi Rəykkönenin qarşılaşdığı problemin səbəbini öyrənmək üçün əlimizdə olan material azdır. Buna görə də laboratoriyamızda təhlillər davam edir. Bizə yekun nəticəyə gəlmək üçün daha bir neçə gün lazımdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*